Kostya Sarkisyanın hansı sifarişini yerinə yetirir?
Rusiya Dövlət Dummasının MDB və Avrasiya inteqrasiyası üzrə Daimi Komitəsinin sədr müavini Konstantin Zatulin Ermənistan cəmiyyətini aldatmağı özünə əməlllicə peşə seçib. Hər addımda işğalçı ölkəyə öz yalanlarını sırımağa çalışan Dövlət Dumasının deputatı, görünür erməni cəmiyyətinin zəif damarını tapıb. Kostyanın hər imkanda "hay"lara öz uydurma xülyalarını danışmaqla əməllicə varlandığı hər kəsə bəllidir.
Yeri gəlmişkən “cənab” Zatulin bu günlərdə növbəti dəfə jurnalistlərin qarşısına çıxıb və reallıqdan uzaq fikirlər səsləndirib. Zatulin deyib ki, guya Kreml 4 günlük məlum aprel hadisələrindən sonra öz seçimini edib. Və aprel müharibəsinin ardından “Kremldə qərara alınıb ki, Moskva-Bakıya köhnə, İrəvana isə ən müasir silahlar satsın”. Doğrusu yalanların mahir ustası olan erməni cəmiyyətinə yalan danışmaq o qədər də asan deyil. Hər halda Azərbaycan xalqı "hay"ların yalan və hiylənin dərin formalarını necə peşəkarcasına dünyaya sırımağa çalışdığını yaxşı bilir. Belə çıxır ki, Kostya "hay"lardan da təcrübəli imiş. İsrarla jurnalistləri sakitləşdirməyə çalışan Zatulin erməniləri Azərbaycan və Rusiya hərbi əməkdaşlığından qorxmamağa indandırmaq istəyib.
Ümumiyyətlə, Azərbaycanda Zatulinin erməni sevgisinin altında hansı məqsədlər yatdığı yaxşı bilinir. Bu o Kostyadır ki, erməni lobbisinin, eləcə də işğalçı Sarkisyan rejimin müəyyən vəsaiti qarşılığında Dağlıq Qarabağa səfər edib. Cavab olaraq Bakı Zatulini arzuolunmaz şəxslər siyahısına salıb. Yeri gəlmişkən Kostya elə Dumanın deputatları tərəfindən tutuduğu mövqeyə görə daim tənqid olunur. Yəni Zatulin Rusiyada ciddi siyasətçi kimi qəbul olunmur. Azərbaycana satılan silahlara gəlincə, Moskvanın-Bakıya ən müasir tələblərə cavab verən silahlar satdığı Ermənistanın yüksək çinli rəsmilərinə də bəllidir. Üstəlik Zatulindən fərqli olaraq Azərbaycan-Rusiya hərbi əməkdaşlğının birbaşa icraçıları istər Moskvada, istərsə də İrəvanda açıq şəkildə bəyan ediblər ki, Azərbaycan-Rusiyanın tərəfdaşıdır və hər iki ölkə arasındakı hərbi əməkdaşlıq Moskvanın daxili işidir. Bir az da dəqiq desək Kreml təmsilçiləri Azərbaycanın müştəri kimi Rusiyanın istehaslında olan müasir hərbi texnikalarını almasını etiraf edir və bu Moskva üçün ticarətdir.
Aprel döyüşlərindən sonra Bakıya silah-alış verişində hər hansı bir standartın tətbiq edilməsi isə Kostyanın cinayətkar erməni cəmiyyətinə yedizdirdiyi daha bir uydurmadır. Kostyanın yalanları cinayətkar Sarkisyan rejimi üçün də əla fürsət kimi dəyərləndirilir. Axı kimsə erməni cəmiyyətini aldatmalı, sadə ermənilərin gözlərinə kül üfürməlidir. Sarkisyan rejiminin bunu edəcək arqumentləri bitdiyindən Zatulin əla alətdir.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB