Şimali Koreyanın XİN rəhbəri Moskvada səfərdədir

Şimali Koreyanın XİN rəhbəri Moskvada səfərdədir

Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Li Yon Ho Rusiyada rəsmi səfərdədir. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumta görə, nazir Moskvanın Domodedovo hava limanına Türkmənistanın paytaxtı Aşqabaddan uçub. Zalın çıxışında Li Yon Honu jurnalistlər gözləsələr də, o, sualları cavablandırmamağa qərar verib.

Xatırladaq ki, daha öncə Şimali Koreya xarici işlər naziri aprelin 5-6-da Bakıda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər toplantısında iştirak edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə