Siyasi şərhçi: “Azərbaycanı heç kimin tənqid etməyə haqqı yoxdur” AÇIQLAMA
“Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində dediyi bu sözlər tam bir reallıqdır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, cənab Prezident olanları deyib: “Bunu Azərbaycanda yaşayan, ictimai-siyasi, media fəaliyyəti olan bir vətəndaş kimi mən də təsdiq edə bilərəm. Həqiqətən də Azərbaycanda qeyd olunan sahədə dövlət üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. O baxımdan Azərbaycanı heç kimin tənqid etməyə haqqı yoxdur.
Azərbaycan hər anlamda azadlıqların Konstitusiya ilə təmin edildiyi, şəxsən Prezident tərəfindən qorunduğu plüralist, demokratik bir ölkədir. Burada eyni zamanda yüksək sabitlik və təhlükəsizlik də təmin edilir ki, ifadə azadlığı baxımından bu da çox önəmlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB