Ermənistanın yeni prezidenti and içdi

Ermənistanın yeni prezidenti and içdi

Ermənistanın yeni seçilmiş prezidenti Armen Sarkisyan parlamentin bugünkü xüsusi iclasında and içərək vəzifələrinin icrasına başlayıb. Bu barədə SİA Ermənistan mətbuatına istinadən məlumat verir.

Qeyd edək ki, martın 2-də keçirilmiş seçkilərdə ilk dəfə Ermənistan prezidenti parlament tərəfindən seçilmişdi.

Qeyd edək ki, bu gündən etibarən Ermənistan parlamentli idarəetməyə keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə