Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin növbəti ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda Uşaq hüquqları aylığı keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu aylıq ərzində ölkənin şəhər və rayonlarında yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə qurumun, o cümlədən Müvəkkilin Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzlərinin əməkdaşları tərəfindən dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta məktəblərdə uşaq hüquqları üzrə bir sıra maarifləndirmə tədbirləri təşkil olunur.
Müvəkkilin təşəbbüsü ilə keçirilən, ötən dərs ilində Bakı şəhərinin pilot olaraq seçilmiş 5, 31 və 207 saylı orta ümumtəhsil məktəblərində sınaqdan keçirilib və cari ilin sonundan başlayaraq, digər məktəbləri də əhatə etməklə həyata keçiriləcək uşaq hüquqları üzrə həmyaşıddan-həmyaşıda pilləli tədris layihəsinin Ombudsman Aparatında müzakirəsi keçirilib. Müzakirədə adıçəkilən layihənin icra olunduğu pilot məktəblərin direktorları iştirak edib, qazanılmış uğurlar qeyd olunub, çətinliklər, eləcə də qarşıda duran perspektivlər diqqətə çatdırılıb.
Ombudsman uşaq hüquqları üzrə pilləli tədrisin müvəffəqiyyətlə həyata keçirildiyini, tədrisi uğurla başa vuran şagirdlərin sertifikat aldığını, "Ombudsmanın elçisi" adına layiq görüldüyünü qeyd edib. O, bu tədris vasitəsi ilə məktəblilərin praktik-hüquqi biliklərə yiyələnmələri ilə bərabər, onların bacarıqlarının inkişaf etdirilməsi baxımından da yaxşı nəticələr əldə olunduğunu vurğulayıb, bu prosesin davamlılığının vacibliyini önə çəkib, digər ümumtəhsil məktəblərində də pilləli tədrisin tətbiq ediləcəyini söyləyib. E.Süleymanova səmərəli təkliflər vermiş, təsisatda hazırlanmış "Uşaq hüquqları hamı üçün" adlı kitab və "Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular" adlı dərs vəsaitindən istifadə olunması ilə yanaşı, tədris prosesinin daha çox interaktiv üsullarla, intellektual oyunların tətbiqi ilə təşkilinin, irəli sürülmüş kazuslar üzrə müzakirələr aparılmasının, pilləli tədrisi başa vurmuş şagirdlərlə bu layihənin yeni tətbiq olunacağı məktəblərin şagirdləri arasında görüşlərin, debatların keçirilməsinin zəruriliyini vurğulayıb.
Pilot məktəblərin nəzdində uşaqların liderlər kimi yetişdirilməsinə yönəlmiş uşaq hüquqları mərkəzlərinin yaradılması, bu istiqamətdə Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Liderlik Məktəbinin təcrübəsindən faydalanmağın məqsədəuyğunluğu müzakirə olunub. Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun əməkdaşları Rəşid Rumzadə və Faiq Ağayev Uşaq hüquqları aylığı çərçivəsində Nərimanov rayonundakı 193 saylı məktəbdə şagirdlər, müəllimlər və valideynlərin iştirakı ilə hüquqi maarifləndirici treninq keçiriblər.
Aparatın əməkdaşları uşaq hüquqları aylığı haqqında geniş məlumat veriblər. Yuxarı sinif şagirdlərinə uşaq hüquqları sahəsində pozuntular, həmçinin uşaqlara qarşı kobud rəftar halları və digər qanunazidd əməllərlə qarşılaşarkən ombudsman təsisatında 24 saat ərzində fəaliyyət göstərən 916 nömrəli qaynar xəttə təcili olaraq məlumat vermək tövsiyə olunmuş, iştirakçıların sualları cavablandırılıb. Təsisatda uşaq hüquqları ilə bağlı hazırlanmış nəşrlər və plakatlar məktəbə təqdim olunub. Belə maarifləndirmə tədbirləri digər orta məktəblərdə də davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB