Türkiyə ərazisində yolda qalmış azərbaycanlı Əbdülhəsən Abbasov birgə hərəkət etdiyi zəvvar qrupuna çatdırılıb
Azərbaycandan müqəddəs Həcc ziyarətinə gedərkən Türkiyə ərazisində yolda qalmış azərbaycanlı Əbdülhəsən Abbasov birgə hərəkət etdiyi zəvvar qrupuna çatdırılıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, zəvvar müraciətdən az sonra avtobusa çatdırılıb və hazırda yoldaşları ilə bir yerdə yolunu davam etdirir.
Qeyd edək ki, Türkiyə mətbuatı ötən gecə saat 03:00 radələrində Türkiyənin Sivas bölgəsində Azərbaycandan avtobusla Həcc ziyarətinə gedən 47 yaşlı zəvvar Əbdülhəsən Abbasovun yolda qalması barədə xəbər yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB