İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 6-da Naxçıvan Muxtar Respublikasına səfər edib. SİA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, o, Muxtar Respublikada yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşüb.
Nazir Naxçıvanda yerli rəsmilərlə ikitərəfli əlaqələrin genişləndirilməsi, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparıb.
XİN başçısı Naxçıvan şəhər hava limanında jurnalistlərə açıqlamasında deyib ki, səfəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dəvəti ilə həyata keçirilir.
O, İranla və Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yaxşı mədəni və iqtisadi əməkdaşlıqlarının olduğunu vurğulayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB