Nazir: "Dağlıq Qarabağ münaqişəsi regionda sülhün təmin olunması üçün əsas maneədir"

Nazir: "Dağlıq Qarabağ münaqişəsi regionda sülhün təmin olunması üçün əsas maneədir"

"Dünyada sülhün və sabitliyin, iqtisadi inkişafın təmin olunması üçün beynəlxalq hüquqa hörmət olunmalıdır". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

Nazir deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi təkcə region üçün deyil, bütün dünya üçün bir təhdiddir.

E.Məmmədyarov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi regionda sülhün təmin olunması və iqtisadi inkişaf üçün əsas maneədir.

XİN rəhbəri bildirib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib, lakin təəssüflər olsun ki, indiyə qədər bu qətnamələr yerinə yetirilməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə