Bu gün Daşkənddə Azərbaycan Respublikasının Milli Sərgisi açılacaq
Bu gün Daşkənddə Azərbaycan Respublikasının Milli Sərgisi açılacaq. SİA-nın xəbərəinə görə, sərgidə yanacaq-energetika, inşaat, maşınqayırma, avtomobilqayırma, informasiya texnologiyaları, aqrosənaye, ekologiya, turizm, səhiyyə, təhsil, sosial təminat, idman, habelə idman strukturları, tarix, mədəniyyət və digər sahələri əhatə edən 160-dan artıq müəssisənin 1700-dən çox müxtəlif çeşiddə məhsulları nümayiş etdiriləcək. Sərgidə həmçinin Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən xüsusi stend də yaradılıb.
Qeyd edək ki, iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılığı ilə Azərbaycan nümayəndə heyəti artıq Daşkənddədir. Sərgi çərçivəsində nazirin Özbəkistanın Baş naziri Şavqat Mirziyayev və Baş nazirin müavini, xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Elyer Qəniyevlə görüşləri də nəzərdə tutulur. Bundan başqa, sahibkarlar arasında bir sıra işgüzar görüşlər keçiriləcək, bu sahələrdə əlaqələrin dərinləşdirilməsi məqsədilə müxtəlif sahələri əhatə edən sənədlər imzalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB