Masallı rayonunda kəndlərin təbii qazla təminatı davam etdirilir. Bu gün daha bir kəndə uzun fasilədən sonra təbii qazın verilişi bərpa edilib. SİA-nın cənub bürosunun məlumatına görə, Çaxırlı kəndinə ilk dəfə təbii qaz keçən əsrin 70 ci illərində çəkilib. Sonralar mavi yanacağın verilişi dayandırılıb. Hazırda regionların qazlaşdırılması istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. 520 abonenti olan kəndin qaz xəttlərinin təmirindən sonra ilkin mərhələdə 336 abonent təbii qazla təmin edilib.
Bu müddətdə kənddə sıradan çıxan 4,5 kilometrlik daşıyıcı kəmər ,11 kilometr kənd daxili borular yenilənib,6 ədəd qaz tənzimləyici qurğu quraşdırılıb. Qeyd edək ki,hazırda Masallı rayonunun 65 fazi təbii qazla təmin olunub.Rayonda 23 kənd, 2 qəsəbə və rayon mərkəzinə isə təbii qazın verilişi qismən bərpa olunub.
Rayonun tam qazlaşdırılmasının isə 2009- 2013-cü illəri əhatə edən "Regionların sosial- iqtisadi inkşafı Dövlət Proqramı" çərçivəsində həyata keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB