Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin seçki dairələrinə paylanılmasına başlanılıb. SİA-nın verdiyi məlumata görə, Prezident seçkiləri ilə əlaqədar 5347803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) seçki bülleteni çap olunub.
Seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə, ən sonda isə Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB