Ticarət mərkəzində çoxsaylı insanın ölümü ilə nəticələnən yanğının baş verdiyi Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə postunu tərk edir.
Bu barədə Tuleyev bildirib:
"Bu qərar mənimçün doğru və yeganə çıxış yoludur. "Qış albalısı" ticarət mərkəzində 64 nəfərin ölümü ilə nəticələnən yanğından sonra bu ağır yüklə qubernator vəzifəsində işləmək olmaz".
"Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib", – deyə vilayət administrasiyasının mətbuat xidməti bildirib.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB