Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra tapşırıqlar verib.
SİA-nın verdiyi məlumata görə, Məzahir Pənahov bildirib ki, artıq seçki bülletenlərinin çapı başa çatıb, aprel ayın 1-dən etibarən seçki dairələrinə paylanılmasına başlanılacaq. MSK sədri bütün proseslərin vaxtlı-vaxtında başa çatdırılmasının vacbliyini qeyd edib. O bildirib ki, bütün prosedurlar Seçki Məcəlləsinin tələbinə uyğun həyata keçirilməlidir.
Komissiya sədri qeyd edib ki, səsvermə günü hansısa qanundan kənar hal baş versə, dərhal qanun çərçivəsində tədbirlər görüləcək: “İnanıram ki, heç bir xoşagəlməz hal baş verməyəcək”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB