MSK-da qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 543 nəfərdir

MSK-da qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 543 nəfərdir

"Hazırda MSK-da qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 543 nəfərdir və bir sıra beynəlxalq müşahidçilərin sənədləri MSK-da baxılmaqdadır və oların sayının artacağı istisna edilmir". SİA-nın verdiyi məlumata görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, seçkiləri 51 beynəlxalq təşkilatın nümayəndələri müşahidə edəcək. MSK sədri əlavə edib ki, Azərbaycana gələn beynəlxalq müşahidəçilər 52 ölkəni təmsil edirlər.

M.Pəhanov bildirib ki, Azərbaycanda seçkilərdə respublika üzrə müşahidə aparmaq üçün 1285 müşahidəçi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib.

MSK sədri bildirib ki, dairə seçki komissiyalarına isə müşahidə aparmaq üçün 53900 nəfər müraciət edib. O vurğulayıb ki, müşahidə aparmaq üçün müraciət edən bütün insanlara müsbət cavab verilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə