® Baba Tağıyevin Sumqayıtda seçicilərlə möhtəşəm görüşü keçirilib - FOTOSESSİYA
44 saylı Sumqayıt-Abşeron secki dairəsindən millət vəkilliyinə namizəd Baba Əli oğlu Tağıyevin Sumqayıt şəhər 18-ci mikrorayonundakı 21-ci binanın qarşısındakı xeyir-şər evində seçicilərlə möhtəşəm görüşü keçirilib. Seçicilərdən Abbasov Ramiz, Həsənov Abdul (Ehtiyyatda olan polkovnik), çıxış edərək namizədə uğurlar arzulayiblar.
Seçicilər qarşısında çıxış edən Baba Tağıyev bildirib ki, Azərbaycanda seçkilər həmişə demokratik şəraitdə keçirilib: "Amma bəzi mafioz qruplar seçkinin demokratikliyinə, səffaflığına kölgə salmaq istəyirlər. Onlar un və digər ərzaq məhsulları paylamaqla, şirnikləndirici yollara əl atmaqla özlərini gülünc vəziyyətə salırlar. Ancaq belə cəhdlər boşa çıxacaq. Cunki Azərbaycanda həmisə seçkilər demokratik kecdiyi kimi, bu dəfə də tam Avropa standartlarına uyğun keciriləcək.
Bunları ona əsaslanıb deyirəm ki, seckiqabağı kampaniya dövrü, dövlət strukturlarından heç bir müdaxilə ilə rastlaşmamışam. Əksinə, bütün namizədlər ücün normal və bərabər şərait yaradıldığının şahidi oluram. Mən muvafiq struktur və qurumlara bir namizəd kimi öz minnətdarlığımı bildirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB