Politoloq: “Tramp biznesmendir və xərclənən pullara baxır” MÖVQE

Politoloq: “Tramp biznesmendir və xərclənən pullara baxır” MÖVQE

“Deyəsən ABŞ prezidenti Donald Tramp haqq yoluna qayıdır, açıqlama verib ki, Amerika hərbi qüvvələri yaxın zamanda Suriyadan çıxacaq. Tramp deyib ki, ABŞ hərbçilərinin Suriyada varlığı İŞİD-lə mübarizə ilə bağlı idi və hədəfə çatılıb”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Tramp biznesmendir və xərclənən pullara baxır: “Amerika Yaxın Şərqə 7 trilyon dolar xərcləyib, nəticə isə göz qabağındadır, hər yer toz-dumandır. Ona görə də pulun qədrini bilən Tramp Suriyada daha çox qalmanın mənasını görmür.

Tramp bu qərarını təsdiq edərsə, bu Türkiyənin xeyrinə olacaq. Türkiyənin Suriyadakı PKK terrorçularına qarşı uğurlu əməliyyatlarının davam etdirməsinin qarşısını oradakı amerikalı hərbçilərin varlığı alırdı, türklər bu bölgədə təsadüfən amerikan hərbçilərini öldürmək istəmirlər. Demək, əgər Tramp qərarını həyata keçirərsə, Türkiyə ordusunun Menbiçə və digər yaşayış məntəqələrinə yolu açılacaq və PKK tör-töküntüləri daha ağır zərbələr alacaqlar. Sadəcə, Tampın qərarı azdır, Pentaqondakı generalların Ağ Ev sahibinin qərarını yerinə yetirməsi lazımdır. Çünki dəfələrlə olub ki, Tramp türkiyəli həmkarı Ərdoğana bir söz deyib, amerikalı generallar fərqli addım atıblar, Türkiyənin düşmənlərinə dəstək veriblər. Bir başqa sual da aktuallaşır: ABŞ həbçilərinin Suriyanı tərk etmələri Pentaqonun PYD və YPG terrorçularına dəstəyi də dayandıracağı anlamına gəlirmi?”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə