Qalust Sahakyan: “Qarabağın statusu müəyyən edilmədən heç bir yol xəritəsi imzalanmayacaq”
"Dağlıq Qarabağla bağlı heç bir yol xəritəsi Qarabağın statusu müəyyən edilməzdən əvvəl imzalanmayacaq". SİA-nın Ermənistanın "news.am" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın hakim Respublika partiyasının parlamentdəki qrupunun rəhbəri Qalust Sahakyan deyib.
Dekabrın 1-2-də Qazaxıstanın Astana şəhərində keçiriləcək ATƏT-in sammitində Dağlıq Qarabağ probleminin həlli üçün "yol xəritəsinin" imzalanma ehtimalına münasibət bildirən Q.Sahakyan "Yol xəritəsi" ifadəsinin yumşaq səsləndiyini qeyd edib. O, bildirib ki, Ermənistan üçün hər şeydən əvvəl Qarabağın statusu mühümdür.
Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev oktyabrın 27-də Həştərxan şəhərində Azərbaycan və Ermənistan dövlət başçıları ilə keçirdiyi üçtərəfli görüşdə bildirib ki, ATƏT-in Astana sammitində "yol xəritəsi"nin imzalanma ehtimalından danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB