Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Sergey Skripal işi ilə əlaqədar Rusiyaya qarşı addım atmaq niyyətində olmadığını deyib. SİA-nın Türkiyə mətbuatına istinadən Rəcəb Tayyip Ərdoğan qeyd edib ki, Türkiyənin bu addımı atmasında heç bir zərurət yoxdur: “Bu cür məsələlərdə “biz də belə edək” anlayışını qəbul etmirik”.
Qeyd edək ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 23 ölkə Rusiyanın 137 diplomatını ərazisindən çıxarıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB