Azər Həsrət: “Onların məqsədi vətəndaş qarşıdurması yaratmaqdır” MÖVQE
“Azərbaycana, dövlət başçısına və məmurlara və s. qarşı anti-təbliğat aparanraq xaricdə fəaliyyət göstərən bəzi ünsürlər belə əməlləri ilə insanları özündən çıxarıb sərt hərəkətlərə sövq etmək istəyirlər”. Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, əsas hədəfləri ölkədə psixoz durum yaradaraq gərginliyi artırmaq, vətəndaş qarşıdurmasına sürükləməkdir: “Onlar düşmən mərkəzlərə satılmış, Azərbaycanın əleyhinə ermənilərlə birlikdə çalışan insanlardır. Başa düşürlər ki, ölkə rəhbərini təhqir etmələri insanların qəzəbinə səbəb olacaq. Bu isə ona gətirib çıxara bilər ki, kimlərsə qəzəbini boğa bilməyib onlara sərt reaksiya verər. Yəni belə bir mühit bunlar üçün gərəklidir ki, ölkədəki sabitliyi pozub qardaş qanı axıtsınlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB