Ərdoğan: "Afrində ümumilikdə 3740 terrorçu zərərsizləşdirilib"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Suriya ilə sərhəddə yeni antiterror əməliyyatlarının keçirilməsinə hazırdır.

SİA-nın Türkiyə mətbuatına istinadən Ərdoğan qeyd edib ki, Afrində keçirilən əməliyyatda ümumilikdə 3740 terrorçu zərərsizləşdirilib.

Samsunda çıxış edən dövlət başçısının sözlərinə görə, Suriyanın bütün oyunçularının hədəfi və taktikası region sakinlərinə məlumdur. Prezident qeyd edib ki, Türkiyə Suriyanın bir sıra rayonlarının sakinlərinin çağırışlarını cavabsız qoymayacaq.

Bununla yanaşı, Ərdoğan vurğulayıb ki, heç kimin Türkiyənin Suriyanı işğal etdiyini bildirməyə haqqı yoxdur. "Məhz Qərb bütün tarix boyu özünü işğalçı və təcavüzkar kimi göstərib", - deyə Türkiyə dövlətinin rəhbəri bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə