"Azərbaycandakı sabit ictimai-siyasi mühit seçkilərin şəffaf keçirilməsini şərtləndirir"
Azərbaycandakı seçki sistemi ölkənin demokratik siyasi sisteminə uyğundur.
SİA xəbər verir ki, bu fikri seckhi-2018.az saytına açıqlamasında ukraynalı siyasi şərhçi Oleq Ponomar deyib. O bildirib ki, bu gün Azərbaycanda sabit ictimai-siyasi mühit, demokratik cəmiyyət mövcuddur. Bu da seçkilərin ədalətli və şəffaf keçirilməsini şərtləndirir.
"Biz 11 aprel prezident seçkilərində Azərbaycan xalqının doğru seçim edəcəyinə inanırıq və onun seçiminə hörmətlə yanaşacağıq", - deyə siyasi şərhçi vurğulayıb.
Azərbaycanın Ukrayna üçün vacib tərəfdaş olduğunu qeyd edən O.Ponomar əlavə edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində rəsmi Bakını dəstəkləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB