XİN sözçüsü: “Ermənistan əsl simasını nümayiş etdirir” MÜNASİBƏT

XİN sözçüsü: “Ermənistan əsl simasını nümayiş etdirir” MÜNASİBƏT

"Bütün beynəlxalq ictimaiyyət Novruzun fundamental dəyərləri, sülh, barış, anlaşmadan danışarkən, Ermənistan əsl simasını nümayiş etdirərək atəşkəsi pozmaqda davam edir". SİA-nın verdiyi məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz “twitter” səhifəsində yazıb.

"Ermənistan Novruz bayramı günlərində atəşkəsi pozaraq əsl simasını nümayiş etdirir", - deyən H.Hacıyev bu gün 98, ötən gün isə 101 dəfə atəşkəsin pozulduğunu qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə