Rusiya prezidenti Dmitri Medvedevin Kuril adalarına səfəri Yaponiya tərəfindən narahatlıqla qarşılanıb. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, D.Medvedev Rusiyanın "Cənubi Kuril" adlandırdığı dörd adadan biri olan Kunaşir adasına gələrək geotermal stansiyasında olub və ictimaiyyət nümayəndələri ilə görüşüb.
Yaponiya baş naziri Naoto Kan Medvedevin bu səfərini "çox üzücü" olaraq dəyərləndirib. Ölkə mediasına görə, Yaponiya xarici işlər naziri Seici Maehara bu səfərə etiraz etmək üçün Rusiyanın Yaponiyadakı səfirini nazirliyə çağırıb. Rusiyanın səfiri Mixail Beli isə nazirliyin çıxışında jurnalistlərə açıqlama verib. O, bu məsələnin Rusiyanın daxili işi olduğunu söylədiyini və Yaponiyadan bu mövzuda ədalətli davranmasını istədiyini deyib. Yaponiya xarici işlər naziri Maehara bu hadisənin yapon xalqının duyğularına toxunduğunu qeyd edib.
Rusiya prezidenti daha əvvəllər də Kamçatka yarımadası ilə Yaponiyanın Hokkaydo adası arasındakı kiçik adalardan ibarət olan Kuril adalarının ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını söyləmişdi. Rusiyanın "Cənubi Kuril", Yaponiyanın "Şimal torpaqları" adlandırdığı ərazi ilə əlaqədar müzakirələr təxminən 60 ildir ki davam edir. Sovet ordusunun 1945-ci ildə işğal etdiyi və hələ də Rusiyanın nəzarətində saxladığı mübahisəli əraziyə görə Yaponiya və keçmiş SSRİ arasında sülh müqaviləsi imzalansa da nəzəri cəhətdən iki ölkə müharibə vəziyyətindədir.
Rusiya 2005-ci ildə mübahisə predmeti olan 4 adanın 2-ni Yaponiyaya verilməsi əvəzində rəsmi Tokionun digər 2 ada üzərindəki haqqı iddiasından imtina etməsi ilə bağlı təklif vermişdi. Yaponiya isə bu təklifi rədd etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB