Alim, tədqiqatçı və elmlər doktorları üçün təqaüd proqramları təklif olunur

Alim, tədqiqatçı və elmlər doktorları üçün təqaüd proqramları təklif olunur
Yaponiya Fondu 2011-2012-ci illərdə humanitar və sosial elm sahələrində Yaponiya haqqında tədqiqatlarla məşğul olan alim, tədqiqatçı və elmlər doktorları üçün təqaüd proqramlarını təklif edir. Proqram alim və tədqiqatçılar üçün uzun müddətli: 2-12 ay, qısa müddətli: 21-59 gün, elmlər doktorları üçün: 4-14 ay müddətlidir.

Təqaüd Proqramına elmlər namizədi dərəcəsinə uyğun gələn elmi dərəcəyə malik, humanitar və sosial elmlər sahəsində Yaponiya ilə əlaqədar tədqiqatlar aparmış alim və tədqiqatçılar şəxslər, yaşı 35-dən az olan və humanitar və sosial elmlər sahəsində Yaponiya ilə əlaqədar tədqiqatlar aparan və dissertasiyanı bitirmək üçün Yaponiyaya səfəri zəruri hesab edən tədqiqatçılar, 1 aprel 2011-ci il tarixində sözugedən proqramda son iştirakından 3 il ötmüş şəxslər müraciət edə bilər. Müraciət edən şəxslər yapon və ya ingilis dilini bilməlidir.

Təqaüd Proqramına təbiət elmləri, mühəndislik və tibb sahəsində ixtisaslaşmış şəxslər, Yaponiya universitetlərində təhsil almaq istəyən tələbələr, Təqaüd Proqramından siyasi və dini məqsədlər üçün istifadə etmə, Yapon dilini bilmə səviyyəsini gücləndirmə niyyətində olanlar, bu proqramla eyni zamanda başqa qrantlardan istifadə etmək niyyətində olanlar müraciət edə bilməzlər.

Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html internet səhifəsindən əldə etmək olar. Sənədlər 20 noyabr 2010-cu il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Aqil Vəliyev: tel: 496-34-14) təqdim oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə