Braziliyada avtobusla elektrik qatarı toqquşub

Braziliyada avtobusla elektrik qatarı toqquşub

Braziliyada dəhşətli yol qəzası baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Rio-de-Janeyro şəhəri yaxınlığında avtobusla elektrik qatarı toqquşub. Hadisə şəhərdən 40 kilometr şimalda yerləşən Sarakuruna yaşayış məntəqəsində baş verib.

 

İlkin məlumatlara görə hadisə nəticəsində azı 14 nəfər xəsarət alıb. Avtobusun sürücüsü hadisə isə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə