"Seçkilərdən sonra həmsədrlərlə danışıqları intensiv davam etdirəcəyik"
"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona sonuncu dəfə gələndə razılığa gəldik ki, seçkilər keçsin, sonra intensiv şəkildə danışıqları davam etdirəcəyik". SİA-nın verdiyi məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, nazirlərin və prezidentlərin sonuncu görüşlərində həmsədrlər tərəfindən məsələnin yerindən tərpədilməsi üçün kreativ fikirlər səsləndirilib: "Hər iki ölkədə yeni hökumət qurulandan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik".
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB