Valdis Zatlers: "Bakı Qlobal Forumun əhəmiyyəti hər il daha da artır"

Valdis Zatlers: "Bakı Qlobal Forumun əhəmiyyəti hər il daha da artır"

"Bakı Qlobal Forumu artıq ənənə halını alıb və hər il bu forumun əhəmiyyəti daha da artır". SİA-nın verdiyi məlumata görə, bunu Latviyanın keçmiş Prezidenti Valdis Zatlers jurnalistlərə deyib.

Onun sözlərinə görə, forum ketdikcə dünyada daha nüfuzlu platformaya çevrilir və burada aparılan müzakirələrin keyfiyyəti və iştirakçıların sayı artır.

V. Zatlers vurğulayıb ki, bu forum eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb olur.

Keçmiş prezident qeyd edib ki, Forumda dünyanın bir çox ölkələrinin keçmiş və indiki dövlət və hökumət başçıları, nüfuzlu siyasətçilər iştirak edirlər: "Qlobal forum dünyada baş verən hadisələr, qlobal inkişaf və digər mühüm proseslərlə bağlı fikirlərin formalaşdırılması üçün mühüm bir platformaya çevrilib”.

Qeyd edək ki, martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə