Ailələrin imtinası – bu fakt hər şeyi deyir! TƏRS BAXIŞ

Ailələrin imtinası – bu fakt hər şeyi deyir! TƏRS BAXIŞ

Yaxud, "avropalı" milli satqınlar insani dəyərlərini necə itirdilər?

Avropada “siyasi mühacir” adı altında yaşayan və bu vasitə ilə Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxan şəxslərin hətta ailələrinin onlardan rəsmi şəkildə imtina etmələrinin ardınca eyni mövqedə qalmaları ilk növbədə belə qənaətə gəlməyə zəmin yaradır ki, milli satınlar zümrəsinə aid olan bu ünsürlər insani dəyərlərə aid olan bütün cəhətlərini itiriblər. Təbii ki, belə olmasaydı son zamanlar el qınağı ilə tuş gəlmələrinə rəğmən, həmin satqınlar yığnağı ən azından özlərində güc taparaq, az da olsa özlərində vicdan hissi tapardılar. Lakin əllərində ola biləcək bu imkandan da istifadə etməyən həmin tərəflər sübut etdilər ki, onlar nəinki insani, heç heyvani dəyərlərə sahib deyillər. Onların özlərinin iddia etdikləri “dəyərlər” isə sadəcə, bir ucuz amilə əsaslanır – xəyanətkarlıq, yaxud da siyasi fahişəlik...

Belələrinin əldə edəcəkləri yeganə “qazanc” milli ikrah və kütləvi qınaqdır ki, bu hal hazırda da davam edir

Bu gün Orduxan Teymrxanın, Məhəmməd Mirzəlinin, Tural Sadıqlının, Həbib Müntəzirin, Emin Hüseynovun, Emin Millinin, Qənimət Zahidin, Leyla Yunusun, Sevinc Osmanqızının və sairlərinin, eləcə də onların murdar əməllərinə “çəpik çalan” Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin, İsa Qəmbərin, Arif Hacılının və başqalarının nümayiş etdirdikləri bəlli əməlləri söz yox ki, faydasız və səmərəsiz olacaq. Əldə edəcəkləri yeganə “qazanc” milli ikrah və kütləvi qınaqdır ki, bu hal hazırda da davam edir. Sadəcə, təsəvvürə gətirmək kifayət edər ki, bir şəxsdən onun ailəsi imtina etsin..!

Və maraqlısı da budur ki, “namusdan”, “qeyrətdən”, “milli ideologiyadan” dəm vuran C.Həsənli ən azından yaşlı-başlı olduğunu nəzərə alaraq, nəyə görə bu əməllərin qarşısının alınması üçün bircə kəlmə söz demir? Əlbəttə ki, irad bildirməyə heç onun özü də razı deyil, həmçinin dirijoru Əli Kərimli də buna imkan vermir. Yəni onlar üçün kimin ailəsinin kimdən imtina etməsi maraqlı deyil, maraqlı olan bənzər iyrənc əməllər vasitəsi ilə öz mövqelərini qoruyub-saxlamaqdır.

Şəhid jurnalist Osman Mirzəyevin qızı bacısından imtina edirsə...

Beləliklə, bugünlərdə “Meydan TV” adlı qurumunda çalışan Sevinc Osmanqızının bacısı Lalə Osman qızı Hacıyeva ondan imtina etdiyini açıqladı. Əlbəttə bu, təəssüfedici bir vəziyyətdir. Yəni insanlar öz yaxınlarından – valideyn övladından, bacı qardaşından və s. imtina edirsə, qəlbində azacıq da olsa insani hissləri olan ən soyuqqanlı şəxs bu haldan təəssüflənərdi. Lakin yuxarıda da qeyd edildiyi kimi, artıq imtinaolunmuşlar insanlığa layiq olan bütün dəyərləri itirməklə, həmin vacib amilləri məhv ediblər. Eləcə də canını dövlətçilik uğrunda fəda etmiş şəhid jurnalist Osman Mirzəyevin qızı Sevinc Osmanqızı da...

Həqiqətə qalanda, bu gün belə bir “övladın” elə bir şəxsin adını özünə soyad, ya da təxəllüs kimi götürməsi heç bir çərçivəyə sığmır! Misal üçün, son aylarda o, Xocalı soyqırımı ilə bağlı mübahisələri fikirlərinə görə gündəmə gəlmiş və sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunmuşdu.

Lalə Osman qızı hacıyeva: “Bundan sonra məni Sevinc Osman qızı Mirzəyeva ilə artıq heç nə bağlamır”

“Mən, Lalə Osman qızı Hacıyeva Sevinc Osman qızı Mirzəyeva ilə bir atanın, bir ananın övladlarıyıq. Həyatımızda nə siyasi baxışlarımıza görə, nə də şəxsi zəmində son vaxtlaradək ciddi problemlərimiz olmayıb”-deyə müraciətində qeyd edən Lalə xanım bildirib ki, son iki ildə Sevincin siyasi mövqeyini kəskin dəyişməsi onda təəssüf yaradıb: “Mənim dəfələrlə və təkidlə ona sağlam siyasi mövqe nümayiş etdirmək üçün təsir etməyimə baxmayaraq, o öz fikrindən əl çəkmədi. Məhz buna görə də bizim siyasi baxışlarımız qarşı-qarşıya gəldi. Uzun düşüncələrdən sonra siyasi mövqeyimi mətbuat vasitəsilə açıqlamaq qərarına gəldim. Mən dəfələrlə elektron media vasitəsilə Sevincin doğma Vətənim Azərbaycan, onun siyasi rəhbərliyi barədə yazdığı fikirlərə tənqidi münasibətimi bildirmişəm, ailəmizin tərbiyəsinə yaraşmayan mövqedən əl çəkməsini böyük bacı kimi də tələb etmişəm. Onun möhtərəm cənab Prezidentimiz İlham Əliyev və çox hörmətli birinci vitse-prezident, xanım Mehriban Əliyeva haqqında yazdığı fikirləri qətiyyətlə rədd edirəm. Onun bu məsuliyyətsiz mövqeyini siyasi səbatsızlıq hesab edirəm. Və onun kimlərinsə əlində siyasi oyuncaq olmasına üzülürəm”.

L.Hacıyeva, həmçinin, bacısının mövqeyinə görə, atası, mərhum Osman Mirzəyevin adının hallandırıldığını, onun ruhunun inciməsindən narahat olduğunu da qeyd edib: “Onunla bağlı müzakirələrdə atamın adının hallandırılması, Osman Mirzəyevin adının belə müzakirələrdə çəkilməsi mənə rahatlıq vermir”.

Xatırladaq ki, L.Hacıyeva müraciətinin sonunda qeyd edib: “Bütün bunları nəzərə alaraq mətbuat vasitəsilə bəyan etmək istəyirəm ki, məni Sevinc Osman qızı Mirzəyeva ilə artıq heç nə bağlamır”.

Ümumiyyətlə, artıq dövlət marağı və onun müdafiəsi məsələsi ortaya gələndə, düşmən dəyirmanına su tökənlərin həmin maraqlara əks olaraq fəaliyyət göstərmələrinə qarşı mübarizədə yeganə çıxış yolunun məhz onlardan imtina olması qaçılmazlığa çevrilib. Bu qaçılmazlığa əsas səbəbkarlarlar isə insani dəyərlərini, keyfiyyətlərini itirmiş və yuxarıda adları çəkilən və çəkilməyən milli satqınlar yığnağıdır!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə