Serco Mattarella: "Qlobal Bakı Forumu dialoq üçün yaxşı platformadır"

"Qlobal Bakı Forumu ölkələr arasında qarşılıqlı anlayışın qurulması üçün yaxşı platformadır". SİA-nın verdiyi məlumata görə, bu barədə İtaliyanın prezidenti Serco Mattarellanın bu gün Bakıda öz işinə başlamış VI Qlobal Bakı Forumu iştirakçılarına ünvanlanmış məktubunda deyilib.

İtaliya prezidenti qeyd edib ki, terror aktları - bütün dünya ölkələri üçün çağırışdır:"Biz təhlükəsizliyi təmin etməliyik. Terrorizmlə mübarizə üçün bizə qarşılıqlı dialoq lazımdır. Qlobal Forum bu planda yaxşı nümunədir. Qlobal Bakı Forumu ölkələr arasında qarşılıqlı anlayışın qurulması üçün yaxşı platformadır".

Qeyd edək ki, martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə