Tereza Mey: "Azərbaycanla əməkdaşlığı dərinləşdirmək niyyətindəyik"
"Azərbaycan tam suveren və müstəqil millət kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edir". SİA-nın verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Baş naziri Tereza Meyin VI Bakı Qlobal Forumunun iştirakçıları üçün müraciətində deyilir.
Onun sözlərinə görə, 1992-ci ildə diplomatik münasibətlərin yaranmasının əvvəlindən Böyük Britaniya və Azərbaycan möhkəm və məhsuldar əlaqələr qurub.
T.Mey qeyd edib ki, energetika sahəsində uzunmüddətli əməkdaşlıqla yanaşı, tərəflər vacib məsələlərin geniş diapazonu üzrə əməkdaşlıq edir: "Bu əməkdaşlığı sonrakı illərdə də dərinləşdirmək niyyətindəyik."
Baş nazirin müraciətində deyilir: "Bakı Qlobal Forumunun altı il ərzində keçirilməsi, indiki və sabiq dünya liderlərinin bir araya gəlməsi münasibətilə Azərbaycanı və Prezident İlham Əliyevi təbrik edirəm".
O bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dialoqun təşviqi üçün forum keçirir və dünyanın bu gün qarşılaşdığı bir çox məsələlər üzrə biliklərini bölüşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB