Çavuşoğlunun səfəri niyə təxirə salındı?

Çavuşoğlunun səfəri niyə təxirə salındı?

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a martın 19-na nəzərdə tutulan səfəri təxirə salınıb. SİA-nın Türkiyə Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, səfərin təxirə salınmasına səbəb ABŞ Prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etməsi olub. Bu postu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo tutacaq.

M.Çavuşoğlu Birləşmiş Ştatlara səfəri çərçivəsində R.Tillersonla danışıqlar aparmalı idi. Tərəflərin ikitərəfli münasibətləri, Suriyadakı vəziyyəti, həmçinin "Zeytun budağı" əməliyyatını müzakirə edəcəyi gözlənilirdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə