Hazırda ölkəmizdə səhiyyə sahəsində genişmiqyaslı işlər görülür. Bu inkişafı Lənkəran səhiyyəsinin simasında da aydın sezmək mümkündür. Rayon mərkəzi xəstəxanası baş həkiminin müavini Əbülfət Məmmədovun SİA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranda yeni dünyaya gələn körpələr arasında uşaq ölümü ötən illə müqayisədə 2,2 faiz azalıb.
Müsahibimiz onu da bildirib ki, yaxın gələcəkdə rayon mərkəzi xəstəxanasının və digər səhiyyə obyektlərinin əsaslı təmiri və tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda 525 yerlik rayon mərkəzi xəstəxanasının nəzdində 9 xəstəxana, 31 həkim məntəqəsi, 34 tibb məntəqəsi, 1 Təcili Yardım Stansiyası fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB