Bakıda beynəlxalq elmi konfrans təşkil olunacaq

Bakıda beynəlxalq elmi konfrans təşkil olunacaq

Bakıda keçiriləcək VI Qlobal Bakı Forumu çərçivəsində - martın 14-15-də Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil olunacaq. SİA-nın verdiyi məlumata görə, “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlanan konfrans Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə keçirilir.

Konfransda 13 müxtəlif ölkədən - Kanada, Amerika, Brazilya, Hindistan, ABŞ, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiyadan 20-dən artıq alimin, eləcə də 30-dan çox azərbaycanlı elm adamının, nizamişünasların iştirakı gözlənilir.

“Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlanan bu konfrans mövzunun nəzəri və praktiki aspektlərini, Nizaminin poeziyasının estetikasını, fəlsəfəsini, ədəbiyyatın və mədəniyyətin “milli mənsubiyyəti”, irredentizm, ortaq mədəni keçmişi kimi problemləri əhatə edəcək. Nizami poeziyasının timsalında mədəni irsin tarixin fərqli mərhələlərində dərki və yozumu, dominant kimlik meyarlarının - dövlət sərhədlərinin, din və dil statusunun dəyişməsi ilə əlaqədar mədəni irsin hansı müasir milli mədəniyyətlərə aid edilməsi prinsiplərini gündəmə gətirəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə