“Rusiya rəsmiləri ancaq terrorçularla mübarizədən danışır” MÜNASİBƏT

“Rusiya bir neçə il əvvəl Suriyada hərbi əməliyyata başladıqda Kremlin bir neçə məqsədinin olduğunu yazmışdım. Bunlardan biri Rusiyanın son illərdə modernləşdirdiyi silahların müharibə şəraitində yoxlanılması və yeni silah alıcıları tapmaq idi. Gör nə isə, Xəzərdən də raketlər tuşlamışdılar Suriya ərazisinə, halbuki ehtiyac yox idi, elə havadan bombalamaq kifayət idi. Ancaq Rusiya müasir və uzaqmənzilli raketlərini dünyaya nümayiş etdirmək istəyirdi”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya rəsmiləri o vaxt bu haqda danışmır, ancaq terrorçularla mübarizədən və Suriyanın ərazi bütövlüyünün təminindən danışırdılar, sanki ali məqsəd kimi səslənirdi: “Əsl həqiqəti Rusiyanın müdafiə naziri Sergey Şoyqu dedi: “Biz 210 silah növünü suriyalılarla birgə döyüş meydanında sınaqdan çıxardıq. Mən əminəm ki, gələcəkdə bu silahlarla döyüşənlər öz həyatlarını qorumuş olacaqlar”. Bəli, Kreml həm Suriyanı, həm də gələcək qazancını düşünürdü. Bu qədər sadə”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə