ABŞ səfirliyinin nümayəndələri AVCİYA-nın Xaçmaz ofisində olublar

ABŞ səfirliyinin nümayəndələri AVCİYA-nın Xaçmaz ofisində olublar

ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri B. Buchet və II katib B. Kembel Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xaçmaz regional nümayəndəliyinin ofisində olublar.

AVCİYA-dan SİA-ya verilən məlumata görə, regional nümayəndəliyin rəhbəri Solmaz Mehdiyeva qonaqlara regiondakı ictimai-siyasi vəziyyət, AVCİYA-nın seçkilərlə bağlı fəaliyyət proqramı, seçki maarifçiliyi ilə bağlı keçirilmiş seminarlar, AVCİYA-nın seçkilərlə bağlı nəşr etdiyi kitablar və s. barədə geniş məlumat verib. O həmçinin reğion üzrə AVCİYA-nın 500 müşahidəçinin seçkiləri müşaidə edəcəyini qonaqların diqqətinə çatdırıb.

Görüşün sonunda seçkilərlə bağlı əməkdaşlığın gələckdə də davam etdirilməsi barədə razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə