Qoç - adi, sakit, rəvan zamandır. Maraqlandığınız işlə məşğul ola bilərsiniz. Yaxınlarınız sizdən ev işlərinə və ailə qayğılarına daha çox vaxt ayırmağınızı istəyəcəklər. Yardım istəyənə kömək edin.
Günün ikinci yarısında köhnə əşyalardan və gərəksiz əlaqələrdən qurtulsanız, stress, münaqişə riskini azalda bilərsiniz. Həyatınızda yeni olaylar, insanlar olacaq. Unutmağa başladığınız insan sizə zəng vuracaq. Qohumlardan birinin qəfil telefon zəngi xahiş və ya hansısa işdə yardım istəyi ilə bağlıdır. Axşam saatları ciddi söhbət vəd edir.
Buğa - sürprizlər vəd edən zamandır. Yeni tanışlıq, köhnə əlaqələrin bərpası olacaq. Çoxdan bəri gözlədiyiniz xəbəri alandan sonra dərhal irəliləyişə başlayın. Başqalarının maraqlarını nəzərə alaraq öz mənafelərinizi təmin edin.
Günün ikinci yarısında yalanlara və boş vədlərə aldanmayın. İntuisiyanız sizə hadisələrin inkişaf məcrasında dürüst istiqamət seçməyə kömək edəcək. Ümumi planları tərəfdaş və ya şəriklə müzakirə etmək olar. Şəxsi münasibətlərdə köklü dəyişikliklər zamanı deyil. Yaranmış problemlərin həll yollarını arayanda başqalarına güvənməyin.
Əkizlər - illüziyalara qapılmaynı, realist olun. İşgüzar perspektivləri reallaşdırmaq üçün iradəli davranın. Kreativ insan təsiri bağışlayın. Bəzi məsələlərin həlli ağır olsa da, onları təxirə salmayın.
Günün ikinci yarısında situasiyanı nəzərə alaraq planlarda dəyişikliklər etmək olar. Sevdiyiniz insana yetərincə vaxt ayırın. Yaxınlarınızdan biri diqqət və qayğı gözləyir. Yeniliklərə hazır olun. Sağlam həyat tərzini seçin.
Xərçəng - məşğul olacağınız işi diqqətlə seçin. Yaxın ətrafınızdakı insanları iradlar və tənqidlərlə hövsələdən çıxarmayın. İşlərinizi başqalarına həvalə etməyin. Çox işləməli olacaqsınız.
Günün ikinci yarısında təmaslarda qayda yaradın, kiçik işlərdən boyun qaçırmayın. Səhhətinizin qeydinə qalın, profilaktik tədbirlərlə məşğul olun. İşgüzar danışıqlar, müzakirələr, yazışma məhsuldar alına bilər. Görüşü təxirə salmayın. Axşam saatlarında enerji tonusunuz normal olacaq.
Şir - şübhəli tədbirlərə və toplantılara qatılmayın. Təfərrüatlarına bələd olmadığınız layihəyə pul yatırmayın. Ailə üzvlərindən birinin təcili yardıma ehtiyacı var. Qohumların məsləhətlərini dəyərləndirin.
Günün ikinci yarısında depressiya riski var. Ruhdan büşməmək, bədbinliyə qapılmamaq üçün bütün diqqəti məşğul olduğunuz işə yönəldin. Alış-verişə yollanmaq olar. Axşam saatlarında rasionunuza fikir verin.
Qız - planlarınız və ideyalarınızın işlək olmasına fikir verin. Tərəfdaşlarla şəriklər nə istədiyinizi yaxşı anlamadıqları üçün sizi dəstəkləyə bilməyəcəklər. Hər şeyə rəğmən uğurlu əməkdaşlığa can atın. Ümumi maraqlar əlverişli mühitin formalaşmasına təkan verəcək.
Günün ikinci yarısında seçiminizə və hadisələrin inkişafına fatum, təsadüf təsir edəcək. Şansı əldən verməyin. Tərəfdaşlara təzyiq göstərməyin. Neqativ təmaslardan uzaq durun.
Tərəzi - öz işinizlə məşğul olun, kənar proseslərə müdaxilə etməyin. Emosiyalarınızı tarıma çəkəcək hadisənin yaşanması, xəbərin alınması istisna deyid. Yaxın gələcəklə bağlı perspektivlər baxımından maraqlı zamandır. Fəaliyyət sahənizdəki perspektivlərlə bağlı planlara dəyişikliklər edin. Yeni təmayülləri dəyərləndirin, rəqiblərin məşğul olduqları işlərin təfərrüatlarından xəbər tutun.
Əqrəb - tək qalmaq, müstəqil çalışmaq mümkün olmayacaq. Kollektiv fəaliyyətdə xeyir var. Aradığınız məlumatı internetdə tapmaq olar. Bloqlar və ya Facebook-dakı qruplara nəzər salın. İdeyalarla planların praqmat, real olmasına can atın. Ən əlverişli ideyanı gerçəkləşdirməyə başlayın. Zəruri hazırlıq prosesini təxirə salmayın.
Günün ikinci yarısında əlaqələrlə təmasları aktivləşdirmək, müzakirələri aktivləşdirmək olar. Tərəfdaşların yardımlarına ehtiyacınız var. Yardım edin, informasiyaları bölüşün. Axşam saatlarında mühüm məsələni nəzərdən keçirmək olar. Şəxsi münasibətlərdə həll olunmamış məsələlər qoymayın. Ailə qayğıları ön planda olmalıdır. Təmir, qohumlara yardım, ailə üzvlərinin maraqları önəmlidir.
Oxatan - səmimi, nikbin və gülərüz olmağa çalışın. Yaxın ətrafınızdakı insanlar bunu sezəcəklər. Maraqlı tanışlıqlar və yeni əlaqələr zamandır. Sizi usandıran, mənfi emosiyaların yaranmasına səbəb olan insanla təmasları kəsin.
Günün ikinci yarısında ötən həftədən yarımçıq qalan işi başa vurun. Dəvət aldığınız tədbirə qatılın. Emosiyalarınıza nəzarət edin. Axşam saatlarını xoş hisslər əldə etmək üçün dəyər verdiyiniz insanlarla keçirin.
Oğlaq - yaxşı perspektivlər vəd edən gündür. Yeni işlərə başlamaq, səfər və ya səyahətə yollanmaq, danışıqlar aparmaq olar. Yeni layihənin ilk baxışdan nəzərə çarpmayan şərtlərinə fikirin verin.
Şəxsi münasibətlərdə qəfil problemlərin yaranmasına imkan verməmək üçün qarşılıqlı anlaşma olmalıdır. Kənar təsir altına düşməyin. Aktiv olun, müstəqil çalışın. Köhnə əlaqələrdən yararlanaraq yeni gəlir mənbələri əldə etmək olar.
Dolça - yaxşı, münasib gündür. Faydalı işlərlə məşğul olun. Fəaliyyət arealını nizama salın. Əlavə yükdən qurtulun, yaşamınızı bir qədər rahatlaşdırın. Hədiyyə almaqdansa hədiyyə vermək yaxşıdır. İş və ya yaradıcılıq üçün çatışmayan nəsnələri əldə edə bilərsiniz.
Günün ikinci yarısında istənilən, hətta önəmsiz saydığınız məsələlərdə tələskənliyə yol verməyin. Seçimdə yanılmayın. Təfərrüatlara fikir verin, təcrübədən yararlanın. Şəxsi münasibətlərdə kömək və qayğı sözlərdən önəmlidir. Axşam saatlarında birgə istirahətə üstünlük verin.
Balıqlar - işlərin həddən artıq olması sizi aqressivləşdirməsin. Bəzi işləri etibar etdiyiniz insanlara tapşıra bilərsiniz. Yaxınlarınıza yardım edin. Qayğıya ehtiyacı olanın sözünü yerə salmayın. Detallara fikir verin.
Günün ikinci yarısısında fiziki işlərdən yayınmayın. Yorğunluq qıcıq yaratmamalıdır. Axşam saatlarında normal istirahət etməyə çalışın. Gəzintiyə çıxmaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



