Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha 3 nəfərin prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb. SİA-nın verdiyi məlumata görə, iclasda namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruc, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadə və namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.
Əvvəlcə Z.Orucun namizədliyinin qeydə alınması məsələsinə baxılıb və qeyd olunub ki, onun namizədliyinin müdafiəsi üçün təqdim edilən imzalar və müvafiq sənədlər namizdədliyin qeydə alınması üçün əsaslar yaradır. Daha sonra Z.Orucun prezidentliyə namizədliyi qeydə alınıb.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.
Xatırladaq ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib. Onlardan yalnız namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB