Ərdoğan və Putin telefonda nəyi müzakirə etdilər?

Ərdoğan və Putin telefonda nəyi müzakirə etdilər?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, telefon danışığında Suriyadakı vəziyyət, həmçinin Şərqi Qutada humanitar faciə müzakirə edilib.

Tərəflər Suriyada atəşkəsin təmin edilməsi üçün səylərin vacibliyini vurğulayıblar. Prezidentlər bölgəyə humanitar yardımın mümkün qədər tez çatdırılması üçün şərait yaradılması məsələsində razılıq əldə ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə