“Seçkilərin ən qızğın anı təbliğat-təşviqat dövrünə təsadüf edəcək” AÇIQLAMA
“Artıq imzaların toplanması və digər namizədliyin qeydə alınması üçün zəruri sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim olunması prosesi gedir. Hal-hazırda yalnız bir nəfərin cənab İlham Heydər oğlu Əliyevin namizədliyi qeydə alınıb. Qalan 14 nəfər namizədin sənədləri baxılma mərhələsindədir. Onlardan bəziləri sənədləri təqdim edib bəziləri isə etməyib”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyş Əsgərov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda mövcud olan siyasi və iqtisadi sabitlik şəraitində seçki prosesi də qanunun tələblərinə və siyasi mühitə uyğun olaraq davam edir: “Seçkilərin bu mərhələsindən sonra təbliğat-təşviqat kampaniyası başlayacaq. Mart ayının 19-dan etibarən bu prosesi start veriləcək. Seçkilərin ən qızğın anı o dövrə təsadüf edəcək. Amma bütövlükdə seçki mühiti normal və qanunun tələblərinə uyğun olaraq davam etməkdədir.
Namizədlər Respublikanın 60 seçki dairəsi üzrə hər birindən ən azı 50 imza olmaqla ümumi toplam isə 40 mindən az olmamaqla imza təqdim etdikdən və imza vərəqlərinə əlavə olaraq zəruri (namizədin maliyyə vəziyyəti, gəlirləri, əmlakı olan məlumatlar və s.) sənədlər təqdim etdikdən sonra Mərkəzi Seçki Komissiyasında təqdim olunan gündən 7 gün əzində həmin sənədlərə baxılır. Beləcə namizədin qeydə alınıb-alınmaması məsələsi həll olunur.
Namizədlər qeyd alındıqdan sonra isə martın 19-dan etibarən təbliğat-təşviqat kampaniyası başlayır. Yəni namizədlər öz zəruri platformaları ilə çıxış edirlər. MSK öz saytında da müvafiq kütləvi informasiya vasitələrinə müraciət etmişdir. Bu “İctimai Televiziya və Radio Verlişləri” şirkətidir, “Azərbaycan”, “Bakinski raboçi” və “Xalq” qəzetləridir ki, həmin mətbuat orqanlarında pulsuz efir vaxtı və namizədlərin öz platformaları ilə bağlı zəruri məlumatların dərc etmələri üçün müraciət edilib. Həmin KİV-lər ayrılan efir vaxtı və yerlər haqqında məlumatları MSK verdikdən sonra qeydə alınmış namizədlər artıq orada özlərinin təbliğat-təşviqat kampaniyalarını apara biləcəklər. Təbliğat-təşviqat kampaniyasından sonra seçki prosesində növbəti səsvermə günü olacaq ki, bu gün də 11 aprelə təsadüf edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB