Bakıda havalar soyuyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, sabah paytaxt və yarımadada hava gündüz arabir açılacaq. Gecə və səhər zəif dumanlı, çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Şimal-şərq, şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 13-15°, günün birinci yarısında 17-19°, günün ikinci yarısında 15°-dək düşəcək.

Oktyabrın 31-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 8-10°, gündüz 11-13° olacaq.

Noyabrın 1-də də arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 10-12° təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, əsasən gecə və axşam saatlarında yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-14°, gündüz 15-20°, dağlarda gecə 3-5°, gündüz 8-11° olacaq.

Oktyabrın 31-də, noyabrın 1-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, 31-də ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 7-10°, gündüz 11-15°, dağlarda gecə 2-4°, gündüz 5-7°, yüksək dağlıq ərazilərdə 0°-yə dək düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə