Politoloq: “Separatçı rejimə silah satan ölkələr üzə çıxarılmalıdır” AÇIQLAMA
“Separatçı rejimə qeyri-qanuni olaraq silah satan ölkələr üzə çıxarılmalı və həmin silahların müsadirə olunması üçün hüquqi hərəkətə keçilməlidir”. Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, qondarma Dağlıq Qarabağ respublikası de fakto Ermənistan tərəfindən idarə olunsa da özlərini müstəqil dövlət kimi qələmə verməyə çalışırlar: “Bütün beynəlxlaq qurum və təşkilatlar təbii olaraq bu rejimin müstəqilliyini tanımamışdır. Əksinə olaraq bütün beynəlxalq razılaşmalarda və sənədlərdə Dağlıq Qarabağ hüquqi olaraq Azərbaycan əraziləri kimi göstərilir. Lakin araşdırılması və hüquqi qiymət verilməsi gərəkli olan bir məsələ var. Qondarma Dağlıq Qarabağ respublikası öz hərbi potensialını təmin etmək üçün istifadə etdikləri silah növləri hansı ölkələrdən və hansı qanuni əsaslarla əldə etməsi araşdırılmalıdır. Bu faktı araşdıraraq nəticələrinə əsasən beynəlxlaq məhkəməyə müraciət etməyin zamanı çoxdan çatıb. Separatçı rejimə qeyri-qanuni olaraq silah satan ölkələr üzə çıxarılmalı və həmin silahların müsadirə olunması üçün hüquqi hərəkətə keçilməlidir. Ən azından bu istiqamətə çalışmaq üçün dövlət tərəfindən işçi qrup yaradılmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB