Əli Kərimli müsavatçıları mitinq məsələsində aldadıb? İFŞA

Əli Kərimli müsavatçıları mitinq məsələsində aldadıb? İFŞA

Təfərrüatlar üzə çıxdı

Bir neçə gündür ki, AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə “Milli Şura”nın keçirməyə cəhd etdiyi mitinqlə bağlı çağırışlar etsə də, həmin çağırışlara ciddi dəstəyin olmadığı görünməkdədir. Məsələ ondadır ki, “Milli Şura” rəhbərliyinin Müsavat rəhbərliyi ilə birgə mitinq keçirmək barədə əldə etdikləri razılaşma pozulmaq üzrədir. Buna səbəb isə AXCP sədrinin müsavatçılardan öz siyasi dividenti üçün istifadə etmək marağı, eləcə də qarşı tərəfdən gizlin planlar qurmasıdır.

“Milli Şura” üzvlərinin müsavatçılarla birgə BŞİH-ə müraciət edərkən bilinib ki, Əli Kərimli tamam başqa tarixdə, başqa ünvanda mitinq etmək üçün müraciət edibmiş...

SİA xəbər verir ki, bu barədə Müsavat partiyasının kuluarlarında söz-shöbətlər gəzib və sonda ictimailəşib. Müsavat partiyasının başqanı Arif Hacılıya məlum olub ki, Ə.Kərimli hələ martın 4-də mitinq keçirmək üçün müvafiq orqanlara müraciət məktubu göndərib. Ancaq ona verilən cavabda aksiyanın 4-də deyil, 3-də keçirilməsi ilə bağlı təklif verilib. O isə bu təklifdən imtina edib. Digər tərəfdən, Müsavat nümayəndələri ilə birlikdə “Milli Şura” üzvləri BŞİH-ə müraciət edərkən bilinib ki, Ə.Kərimli tamam başqa tarixdə, başqa ünvanda mitinq etmək üçün müraciət edibmiş.

Beləliklə, məhz bu məlumat ictimailəşəndən sonra, yəni aksiya müzakirələrin ilk anındaca cəbhəçilərlə müsavatçılar arasında kəskin narazılıqlar yaranıb. Müsavat tərəfi Ə.Kərimlinin növbəti dəfə siyasi manipulyasiya törətməkdə ittiham edərək, əslində, onlara da bu məlumatın verilməli olduğunu haqlı olaraq deyiblər.

Müsavatçılar belə qənaətə gəliblər ki, aksiyadan sonra AXCP sədrinin ətrafı müsavatçıların məhz Əli Kərimliyə görə meydana çıxdıqları təbliğatını aparacaqlar

Müsavat partiyasından sızan digər xəbərə görə, “Milli Şura”nın mitinqinə qatılmaq qərarı bu günlərdə qüvvədən düşə bilər. Çünki Ə.Kərimlinin Müsavatın elektoratından birgə mitinqdə öz təbliğatı üçün istifadə edəcəyi ifşa olunub. Artıq müsavatçılar belə qənaətə gəliblər ki, aksiyadan sonra (əgər keçiriləcəksə-R.R.)

AXCP sədrinin ətrafı müsavatçıların məhz Ə.Kərimliyə görə meydana çıxdıqları təbliğatını aparacaqlar. Bununla da düşərgə daxilində ciddi qalmaqallara start verilib və bu dəfə də özlərini “ana müxalifət” olaraq ictimai rəyə zorla sırıyan”liderlər” arasındakı sınıq-salxaq körpülər tamamilə dağılıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə