Somalidə əl-Qaidə ilə bağlı əl-Şabab terror qrupunun üzvləri Somali hökuməti üçün casusluq etməkdə ittiham olunan iki qız uşağını edam ediblər.
SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, silahlı şəxslər Beledeveyne qəsəbəsində bir neçə yüz sakinin gözü qarşısında qızları güllələyiblər.
Əl-Şababı təmsil edən hakim qızların ötən həftə Somali hökumətinə casusluq edərkən həbs olunduğunu bildirib. Militant qrup artıq bir müddətdir ki, Somalini sərt İslam dövlətinə çevirmək istəyir. Hökmranlıq etdiyi yerlərdə əl-Şabab şəriət qanunları tətbiq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB