Azərbaycan Prezidenti Ukraynanın Baş nazirini qəbul edib

Azərbaycan Prezidenti Ukraynanın Baş nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Kiyevdə, onun üçün ayrılmış iqamətgahda Ukraynanın Baş naziri Nikolay Azarovu qəbul edib. SİA-nın məlumatına görə, görüşdə ölkələrimiz arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Bu əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin daha da artırılması üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb.

Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq əməli addımlar barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə