Baş redaktor: “Bizi qarşıda normal seçkilərin keçirilməsi gözləyir” AÇIQLAMA
“Azərbaycanda keçiriləcək 11 aprel növbədənkənar prezident seçkiləri ilə bağlı normal şəkildə namizədlərin qeydə alınması prosesi gedir. Hansısa problem doğuracaq məqamlarla bağlı heç bir məlumatlar yoxdur”. Bunu SİA-ya açıqlamasında “Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlı deyib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin kifayət qədər seçki keçirmək təcrübələri var: “Bu təcrübələrdən çıxış edərək normal seçki keçirmək imkanları hər zaman var. Bu baxımdan 11 aprel seçkiləri seçki qanunvericiliyinə uyğun şəkildə həyata keçiriləcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da seçkilərə marağını ifadə edib. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovla keçirilən görüşdə bu fikirlər səsləndirilib. Hazırda Mərkəzi Seçki Komissiyası tərəfindən namizədlərin qeydiyyatı və imzatoplama kampaniyası gedir. Artıq YAP öz namizədinin imzalarını MSK-ya təqdim edib. Düşünürəm ki, biz növbəti günlərdə də qeydiyyata alınmış namizədlərin imzalarının təqdim edilməsi prosesini müşahidə edəcəyik. Hesab edirəm ki, bizi qarşıda normal bir seçkilərin keçirilməsi gözləyir”.
A.Aşırlı əlavə edib ki, Azərbaycanda hər zaman seçki prosesləri zamanı ona kölgə salmaq istəyənlər olub: “Hesab edirəm ki, bunlar o dərəcə də əhəmiyyətli deyil. Ən azından ona görə ki, hələlik bu seçki prosesi ilə bağlı ciddi hansısa geniş beynəlxalq aləmdə və yaxud da geniş çevrələrdə reaksiya doğuracaq hadisə, neqativ hallar yoxdur. Prosesləri izləyən insanların hamısı bilir ki, onların söylədiklərinin heç bir ciddi əsası yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB