Radikalların mitinq “çiçəkləri” nədən “çırtladı”? KÖŞƏ YAZISI

Radikalların mitinq “çiçəkləri” nədən “çırtladı”? KÖŞƏ YAZISI

“Milli Şura”nın sədri Cəmil Həsənlinin “facebook” vasitəsi ilə düşərgənin radikal qanadını birgə mitinq keçirməyə səsləməsi normal düşüncəli cəmiyyət arasında elə ilk anlardaca gülüş hədəfinə çevrildi. Yalnız ona görə yox ki, bu “adam” Əli Kərimlinin ipli kuklası rolunda çıxış edir, ona görə ki, adıçəkilən fərd özünü bu qədər əmin aparması ilə daha öncəki mitinqlərdə çıxardıqları oyunbazlıqlarını təkrarən xatırlatmış oldu. Bilməyənlərə xatırladım ki, sən demə bunlar saman altından su yeritməklə, yəni çox “sirli” şəkildə müsavatçılarla və realçılarla görüş keçiriblər və birgə mitinq keçirməklə “nəticə” əldə ediblərmiş (?). Misal üçün, Müsavat məclisinin sədri Mustafa Hacıbəylinin dərhal mitinq “çiçəyi” çırtlayıb və o statusunda bunu “çoxdan gözlənilən gün” olaraq qiymətləndirib. “Milli Şura”nın əsas erməni emissarlarından biri sayılan Gültəkin Hacıbəyli isə bişmiş, deyil, hətta yanıb külə dönmüş toyuğu güldürəcək qədər status paylaşaraq, həmin statusunu çox düşüklük təsiri bağışlayan “xeyirli-olsun” ifadəsi ilə sonuclandırıb. Amma...

Amma məsələ ondadır ki, “çiçəkləri çırtlayanlar” REAL hərəkatının da “Milli Şura”nın mitinqlərinə qatılacağını bəri başdan, yəni arxı hoppanmamış bəyan ediblər. Fəqət, REAL-dan səs çıxmadı və heç çıxmayacaq da. Çünki yaşlı professor bir faktoru çox yəqin ki, qocalığı hesabına da unudub. Məsələ ondadır ki, REAL hərəkatının rəhbərliyində təmsil olunan Natiq Cəfərli, eləcə də Azər Qasımlı dəfələrlə mətbuata açıqlamalarında “Milli Şura”nın tədbirlərinə qatılmayacaqlarını bildiriblər. Əgər bütün bunlardan sonra adıçəkilən qurumun aksiyalarına qatılsalar, onda yerdə olub-qalan azacıq ciddiyyətlərini də itirməli olacaqlar. Ona görə də necə deyərlər, REAL-a bir quş..!

Qaldı ki, müsavatçılara, bax onda belə demək olar – başda Arif Hacılı olmaqla, bu partiyada ayağısürüşkən “siyasətçilər” kifayət qədərdir. Sirr deyil ki, Müsavatla “Milli Şura”nın “kəbini” hələ 2013-cü ilin prezident seçkisindən qabaq pozulmuşdu. Hətta “Milli Şura”nı Rusiyaya satılmaqda, Əli Kərimlini Kremlin uşağı olmaqda ittiham edən Müsavatın sabiq bşqanı İsa Qəmbər bundan sonra AXCP-nin adı olan yerdə müsavatçıların olmayacağını də bəyan etmişdi.

Lakin ötən ilin “Milli Şura” mitinqlərinə Müsavat “liderləri” dəvət olunmasa da, partiyanın saxta yolla seçilmiş yeni başqanı Arif Hacılı İsa Qəmbər də daxil olmaqla, öz qruplaşması ilə aksiyalara getdilər, bununla da özlərini rüsvayçılığa məruz qoydular. Xatırlayırsınızsa, hələ o zamanlar müsavatçılar Əli Kərimlinin, Cəmil Həsənlinin onları tribunaya dəvət etməsələr də, ən azından tribunadan salamlamalı olduqlarını bildirdilər. Ancaq Allahın salamını belə onlara verməyən “Milli Şura” rəhbərliyi müsavatçıları bir heçə saydılar.

İndi, bunlar düşüblər ortalığa və təlxəklik edirlər ki, demə “müxalifət birləşib” və bu “birliklə” siyasi maraqlarını “reallaşdıracağıymışlar”, filan...

Demək istədiyim isə budur ki, onların “simaları” ya da simasızlıqları elə bu cür yüngüllüklərdən o tərəfə keçmir. Buz, bunu yalnız “Milli Şura” kontekstində deyil, elə “İctimai Palata”, “Azadlıq Bloku”, “MKM”, “Bizim Azərbaycan Bloku” və daha öncəki adları dəyişib, mahiyyətsizlikləri dəyişməyən çoxsaylı qurumlarda da müşahidə etmişik. Bu da növbəti sirk oyunudur desək yanılmarıq. Radikalların budəfəki siyasi sirk arenasında xəstə ayılar, kor çaqqallar, qanadlarını piylərinə şappıldadan suitilər, axsaq donuzlar, anqırmaqdan səsləri batmış eşşəklər və daha hansı məxluqlar oyunbazlıqlar göstərməyəcəklər ki...

RÖVŞƏN

Bəli, ictimaiyyət növbəti tamaşalara hazır olsun, özü də müftə-müsəlləm!

Bütün xəbərlər Facebook səhifəmizdə