Azər Həsrət: “Mən “tvitter”də, “facebook”da fəalam” MÜNASİBƏT

Azər Həsrət: “Mən “tvitter”də, “facebook”da fəalam” MÜNASİBƏT

“ABŞ-da olan Altay Göyüşov Azərbaycan hakimiyyətinin "trol ordusu"ndan danışırdı. Onun və onun kimilərin ABŞ-ın gizli-açıq "trol ordusu"nda yer tutmasını bir yana qoyub bir məsələyə münasibət bildirmək istərdim. Adam açıq mətnlə mənim də adımı çəkir və iddia edir ki, trolluq edirəm. Bunu da belə əsaslandırır ki, guya "kopi-peyst" tvitlər paylaşırammış... Hə, onunla əlaqəsi olan varsa, lütfən, bu adamdan rica edin ki, iddiasını əsaslandıracaq bir tutarqa təqdim etsin”. Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.

“Mən “tvitter”də, “facebook”da fəalam. İnstagramda belə. Amma heç vaxt nə "kopi-peyst" etdim, nə də saxta ad altında gizləndim. Mənim bütün paylaşımlarım müəllif hüquqlarına və orijinallığına təminat verilən paylaşımlardır. Əgər kimsə mənim paylaşımlarımı "kopi-peyst" edirsə, buna cavabdeh deyiləm. Amma mən bunu etmədim, etmərəm də. Çünki hər bir məsələyə öz münasibətim var. Bu münasibət Altay Göyüşovun xoşuna gəlməsə belə. Haydı, çatdırın o adama, iddiasını dəlillə sübut etsin. Etməzsə... Daha bunu özü müəyyən eləsin”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə