Ələt-Hacıqabul magistral avtomobil yolunun kənarlarında 135000 ədəd müxtəlif ağac və kol bitkisi əkilib

Ələt-Hacıqabul magistral avtomobil yolunun kənarlarında 135000 ədəd müxtəlif ağac və kol bitkisi əkilib

2009-cu ilin payız və 2010-cu ilin yaz mövsümlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən iməciliklər yolu ilə əlavə vəsait xərclənmədən Nazirliyin daxili imkanları hesabına Ələt-Hacıqabul magistral avtomobil yolunun kənarlarında Qaradağ Meşəsalma Müəssisəsinin ərazisində çətin meşəbitmə şəraitində 41 hektar sahə hamarlanmış, 11392 nr üzvi gübrə və münbit torpaq daşınmış, 135000 ədəd müxtəlif ağac və kol bitkisi əkilib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ərazinin suvarılmasında olan çətinlikləri isə meşəçilər öz qüvvələri ilə minimuma endirməyə çalışıblar. Havaların isti və quraq keçməsinə baxmayaraq mütəmadi suvarma və qulluq işlərinin nəticəsində əkinlərdə 72 faizə qədər bitiş alınıb.

Hazırda ərazidə Qaradağ Meşəsalma Müəssisəsinin əməkdaşlan suvarma və qulluq işlərini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə