Erməni deputat: “Sarkisyan baş nazir olmamalıdır”

Erməni deputat: “Sarkisyan baş nazir olmamalıdır”

“Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan heç bir halda baş nazir vəzifəsini yerinə yetirməməlidir”. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə müxalif deputat Mane Tandilyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Sarkisyan baş nazir vəzifəsini tutmaqla üçüncü dəfə ölkəni idarə etmək qazanacaq ki, bu da qəbuledilməzdir: “Bu gün üçün qanunun üstünlüyü hakimiyyət orqanları üçün ciddi tələbdir, çünki ölkədə konstitusiya islahatlarından irəli gələn qanunlar qanunverici hakimiyyətin təmin edilməsinə deyil, baş nazirin səlahiyyətlərini gücləndirməyə yönəlib”.

Tandilyan qeyd edib ki, hazırda səlahiyyətlilər qanunun üstünlüyünü əsas şərt kimi təmin etmək üçün verdikləri sözləri yerinə yetirmirlər: “Baş nazirin səlahiyyətlərini genişləndirmək ölkənin parlament formasına keçidi demək deyil”.

Deputat vurğulayıb ki, Serj Sarkisyanın yenidən hökumət başçısı seçilməsinə mane olmaq üçün xalq öz iradəsini möhkəm ifadə etməlidir: “Nə qədər ki, seçki baş verməyib insanların bunun necə və hansı yolla etməli olacaqlarını düşünməlidir. Hazırda biz məsələyə mane olacaq yolları və maneələri müzakirə edirik. Bütün məsələlərə baxmayaraq biz xalqın yanındayıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə