“Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıya səfəri başlayıb. Vəzifəsinin adı çox maraqlıdır. Gürcüstan Cənubi Qafqaz deyilmi, niyə Avropa İttifaqı nümayəndəliyin adını “Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə...” qoyub?”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu vəzifənin adını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi qoymaq olmazdımı?: “Anlayıram ki, Avropada Gürcüstana xüsusi yanaşma var, elə gürcü ekspertlərin özləri də son illər ölkələrini Cənubi Qafqaz ölkəsi kimi yox Qara dəniz ölkəsi kimi təqbim edirlər, yəni bir növü demək istəyirlər ki, gürcülər ermənilərlə və azərbaycanlılarla müqayisədə avropalılara bir köynək daha yaxındırlar. Olsun, ancaq Cənubi Qafqaz ölkəsi olan Azərbaycanın dəstəyi olmadan Qara dəniz ölkəsi olan Gürcüstan necə tab gətirər – bu da maraqlı sualdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB